Sənaye

SOCAR-dan 2019-cu il üçün neft qiyməti proqnozu

SOCAR-dan 2019-cu il üçün neft qiyməti proqnozu | FED.az
09:44 1 Noy 2018

SOCAR-ın (ARDNŞ) investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov 2019-cu ildə dünya bazarlarında neftin qiymətinin artım tendensiyasının qalacağını proqnozlaşdırır.

“Neftin bir barelinin 80 dollar səviyyəsində qiyməti SOCAR üçün daha rahatdır. Lakin, fikrimcə, 2019-cu il ərzində karbohidrogenin (neft ), sonra da təbii qazın qiyməti daha da artacaq. Hesab edirəm ki, may ayınadək (2019-cu ilin) biz artıq səkkizdən deyil, doqquzdan başlayan, həm də kifayət dərəcədə əhəmiyyətli rəqəmlər barədə söhbət edəcəyik”, - V.Bəylərbəyov Azərbaycanın CBC telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, geosiyasi amil, ABŞ iqtisadiyyatının artımının sürətlənməsi, Asiya bazarında karbohidrogen xammalının istehlakının artımı dünya bazarlarında neftin qiymətinin artımının əsas səbəbi olacaq.

Digər xəbərlər