"Qazprombank" SOCAR-ın Qaradağ rayonu ərazisində inşa etməyi planlaşdırdığı qaz emalı və polimer kompleksinin (SOCAR-GPC) inşasına 700 mln. ABŞ dollarınadək vəsait ayıra bilər.
Bu barədə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən "Qazprombank"ın Neft-qaz emalı, kimya və mineral gübrələr idarəsinin rəhbəri Vyaçeslav Oxotin bildirib.
Onun sözlərinə hörə, hazırda bank bir sıra idxal-ixrac agentlikləri ilə sindikatlaşmış maliyyələşdirmə ilə bağlı danışıqlar aparır.
Xatırladaq ki, SOCAR-GPC qaz emalı və polimer zavodlarından ibarət olacaq. Qaz Emalı Zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Kompleksdə həmçinin ildə 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen, 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin istehsalı nəzərdə tutulur. Bundan başqa, daxili istifadə üçün ildə 32 min ton buten, 1,21 min ton heksen-1 istehsalı planlaşdırılır. Burada “Technip”, “Axens”, “Sinopec Tech” və “Univation” şirkətlərinin texnologiyalarından istifadə ediləcək.