2 dekabr 2020-ci il tarixindən Herrmann Sebastian Martin Michael “Qazax Sement Zavodu” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Eləcə də bax: «Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT
FED.az xəbər verir ki, Herrmann Sebastian Martin Michael 21 Dekabr 1964-cü ildə Almaniyanın Berlin şəhərində anadan olmuşdur.
1986 -1990 – cı illərdə Berlin Tətbiqi Elmlər Universitetinin Mexakina Mühəndisliyi ixtisasına, 1990 -1992-ci illərdə Biznes Mühəndisliyi ixtisasına yiyələnmişdir.
1992– 1996-cı illərdə Almaniyanın Siemens şirkətində, 2007-2009-cu illərdə isə Holcim şirkətində rəhbər vəzifələrdə çalışmışdır. 2009-2011-ci illərdə İsveçrədə müxtəlif şirkətlərdə öz əmək fəaliyyətini davam etdirmişdir. 2012-2017-ci illərdə Rusiyada “Heidelberg Cement” şirkətində Sahə Meneceri və digər vəzifələrdə çalışmışdır.
Herrmann Sebastian Martin Michael 2017-ci ildən Qazax Sement Zavodunda Mexanika Rəhbəri kimi fəaliyyətə başlamışdır. 2019-2020-ci illərdə Zavodda sement istehsalı məhsuldarlığının 1.5 mln tona artırılması layihəsində Layihə Rəhbəri olaraq vəzifəsini davam etdirmişdir.
Digər bir təyinatla Süleymanov Vüqar Fərman oğlu “02” Dekabr 2020-ci il tarixindən “Qazax Sement Zavodu” MMC-nin İdarə Heyətinin Sədri vəzifəsindən Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilmişdir.