İqtisadiyyat Nazirliyində Rusiya Federasiyasının Perm vilayətinin qubernatoru Dmitri Maxonin ilə görüş keçirilib.
Eləcə də bax: Ələt Azad İqtisadi Zonasında vergi yeni qaydada - TƏNZİMLƏNƏCƏK
Nazirlikdən FED.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Perm vilayəti arasında ticarət əlaqələri, “Made in Azerbaijan” brendli məhsulların Perm vilayətində keçirilən sərgilərdə tanıdılması, Perm şirkətlərinin Azərbaycanın sənaye parklarına və aqroparklara, eləcə də Ələt Azad İqtisadi Zonasına cəlb olunması, maşınqayırma, kimya və neft kimyası sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.