16 noyabr 2020-ci il tarixində “Lənkəran Tikiş” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: Şirkətin səhmdarları maliyyə xərclərini nəzərdən keçirəcəklər - YIĞINCAQ
FED.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin tək başçı icra orqanının (sədrinin) seçilməsi;
2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi;
3. Cəmiyyətin Ümumi yığıncağı və İcra orqanı haqqında Əsasnamələrin təsdiqi;
4. Dividendlərin verilməsi qaydasının müəyyən edilməsi;
5. Digər məsələlər.
Yığıncaq Lənkəran rayonu, H.Əliyev prospekti 311 ünvanında keçiriləcəkdir.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 869-77-47. “Lənkəran Tikiş” ASC-nin icra orqanı (Marja)