İranın neft naziri Cevad Uvci İranın Venesuelada ilk neft emalı zavodu “El Palito”nun istifadəyə verildiyini açıqlayıb.
Eləcə də bax: ABŞ İrandan neft ixracına kömək etdiklərinə görə 10 şirkətə sanksiyalar - TƏTBİQ ETDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, nazir bu barədə Tehranda keçirilən tədbirdəki çıxışında danışıb. O qeyd edib ki, yeni neft emalı zavodunun gücü sutkada 100 min barreldir.
Xatırladaq ki, may ayında Tehranda Venesuela prezidenti Nikolas Maduro və İran prezidenti İbrahim Rəisi 20 illik strateji əməkdaşlıq sazişi imzalayıblar. Bu mühüm saziş enerji, neft, qaz, neft emalı, neft-kimya, maliyyə və müdafiə sənayesi kimi sahələri əhatə edir.