Sənaye

“Hamı Allaha yalvarır ki, neft 200 dollar olsun”- MÜSAHİBƏ 

“Hamı Allaha yalvarır ki, neft 200 dollar olsun”- MÜSAHİBƏ  | FED.az
10:40 17 Okt 2018

Tramp deyir ki, neft də adi bir məhsuldur və qiyməti də digər məhsullar kimi elə adi qaydada, yəni bazardakı tələb və təklif əsasında formalaşmalıdır. Maraqlı açıqlamadır, amma reallığa söykənən əsası varmı? 
Müsahibimiz neft üzrə ekspert İlham Şabandır. 

Yaşıl və qırmızı xəbərlər

-    Doğrudanmı qiymətləri real, məqsədli şəkildə idarə olunmayan hərrac həll edir? 
 -    Baxın, mən özüm birjada oynamışam. Birjanı daxilindən bilirəm. Burada yaşıl və qırmızı xəbərlər əsas rol oynayır. Bu xəbərlər istehlakçı və istehsalçı ölkələrin iqtisadiyyatı ilə bağlıdır.  Şirkətlərin maliyyə-təsərrüfat məlumatları, nəqliyyat dəhlizlərlə bağlı infolar, geosiyasi xəbərlər və nəhayət neftlə bağlı rəqəmlər. Məsələn, Anqolada, Nigeriyada hər hansı xəbər dərhal neftin qiymətinə təsir edir, amma Suriyada olan məlumat təsir etmir. Çünki bunun 5 il əvvəl bir gücü vardı, indi isə Suriya ilə bağlı bütün risklər nəzərə alınıb və təsir vasitəsi siyahısından çıxıb. Beləliklə, xəbərlərin çalarları qiyməti həll edir. Qırmızı xəbər nə qədər çox olarsa, demək  neftin qiyməti qalxacaq. Azərbaycandakı analoqu ilə nümunə çəkmək istərdim, amma buradakı kimi deyil. Məsələn, dünyada benzinin qiyməti qaldıran və ya salan Tarif Şurası yoxdur, yalnız bizdə var. 

 

-    Razıyam ki, bizim analoqumuz yoxdur: həm yaxşı, həm də pis mənada. İndi bütün neft ölkələri neftin qiyməti ilə bağlı proqnozları izləyir və hər gün yayırlar. Nə gözləyirik? 

-    Dünyada neftin ən baha qiyməti 2008-ci ildə ildə 148 dollar olub, amma 2018-ci ildə neftin orta qiyməti 96 dollar təşkil etdi. Əsas göstərici də məhz orta qiymətdir. Unutmayın ki, neft nə qədər sürətlə qalxırsa növbəti etap onun sürətlə düşməsidir. Bu tarix boyu belə olub. Məsələn, Vladimir Putin bildirib ki, qarşıdakı ildə neftin ortalama qiyməti 65 dollar məbləğində proqnozlaşdırılır. Putin deyir ki, bu həm istehsalçılar, həm də istehlakçılar üçün komfortlu qiymətdir. Bu nə yüksək artımdı, nə də yüksək düşmədir, bu qızıl ortadır. Azərbaycanda bir nəfər məmur çıxıb neftin ortalama qiyməti ilə bağlı nə fikrini deyir, nə gözləntiləri paylaşır?! Azərbaycanda cəmiyyəti isə, çobanından tutmuş şirkət rəhbərinə qədər hamı Allaha yalvarır ki, neftin qiyməti 200 dollar olsun. Bu Azərbaycan iqtisadiyyatının neftdən nə qədər asılı olduğunu göstərir. 


- Təkrar soruşmağa məcburam. Çünki fərqli yanaşmalar, ticarət müharibələrinin şahidiyik. Doğrudanmı, ifadəli şəkildə desək, Trampın sehrli çubuğu yoxdur? 

- ABŞ nə zaman istəsə neftin qiymətinə təsir göstərə bilməz, bu birmənalıdır və iqtisadiyyatı neftdən asılı olan ölkələrin uydurmasıdır. Yaxın tarixi hadisələri xatırlayın, OPEC hasilatı azaltmaqla neftin qiymətinin qalxmasına nail oldu. Razıyam ki, neft qədər əlahiddə  məhsul yoxdur, bazarda 3-4 milyon dəyəri var. Amma bir düşünün, nəyə görə hansısa ölkənin arzusu ilə neftin qiyməti formalaşmalıdır ki?! Əgər bir məhsula tələbat yoxdursa bu zaman qiymətin aşağı düşməsi normaldır. Amerikanın mövqeyi belədir ki, heç kəs, yəni istehsalçılar qiyməti diktə edə bilməz. Baxın, 2014-cü ildən Azərbaycana idxal olunan yüksək oktanlı benzinin qiyməti dövlət tənzimlənməsindən çıxarılıb. Amma nə baş verir, bütün yanacaqdoldurma məntəqələrində bu benzin eyni qiymətə satılır. Bir düşünün, normal halda bu, qətiyyən ola bilməz. Deməli, ortada karter sazişi var, yəni idxalçı şirkətlər qiymət sövdələşməsi bağlayıblar. Qiymətlər tələbat olanda artır, tələbat olmayanda düşür. Dünya hər bir məhsulun qiyməti birjalarda təyin edilir və bazar iqtisadiyyatında belə də olmalıdır. 
 

-    Açığı mən də arzulayıram ki, neftin qiyməti yüksək olsun, bu halda ən azı jurnalistlərin iş yeri bağlanmayacaq)))). Necə hesab edirsiz, biz neftin hansı qiymətində komfort zonada rahat nəfəs ala bilərik? 

-    ))) Hamı özünü fikirləşir))) Məndə olan məlumata görə, 2019-cu il üzrə büdcə zərfində neftin qiyməti 55 dollar göstərilib. Arzu etdiyiniz komforta gəlincə, düşünürəm ki, 55 dollar normal qiymətdir. Büdcəmiz kifayət qədər yüksəkdir. Büdcə xərclərimiz 23,1 milyard manatdır. Unutmayın ki, büdcə xərclərinin effektivliyini 20 milyard manatdan yuxarı görmək mümkün deyil. Çünki büdcəyə nəzarət mexanizmləri çox zəifdir və institusional səviyyədə işləmir.

Bİ.az

Digər xəbərlər