Bank olmayan kredit təşkilatı (BOKT) “İnkişaf üçün Maliyyə” MMC-nin ötən il üzrə maliyyə vəziyyəti məlum olub.
“Para” BOKT-a kreditlə bağlı edilən müraciətlər azalır - PORTFEL 70 DƏFƏ KİÇİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il kredit təşkilatının xalis mənfəəti 865 min 752 min manat olub. 2024-cü ildə bu məbləğ 685 min 532 manat idi.
Hesabat dövründə şirkətin xalis faiz gəlirləri 3 milyon 390 min manat, faiz xərcləri 396 min manat, inzibati və əməliyyat xərcləri 2 milyon 251 min manat, haqq və komissiya xərcləri 130 min manat olub.
Ötən ilin sonunda BOKT-un cəmi aktivləri 12 milyon 314 min manata bərabər olub. Aktivlərin 89,1%-i – 10 milyon 971 min manatı müştərilərə verilmiş kreditlər və avansların payına düşüb. Kredit portfeli 723 min manat (7,1%) böyüyüb.
Şirkətin öhdəliklərinin həcmi 138 min manat və ya 4,2% artaraq 3 milyon 392 min manata bərabər olub.
Nəticədə ötən ilin sonunda BOKT “İnkişaf üçün Maliyyə” MMC-nin cəmi kapitalı 8 milyon 921 min manata bərabər olub.


















