Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri–Çıraq–Günəşli (AÇG) yataqlar blokunda indiyədək (01.05.2025 tarixinə) 623 milyon ton neft və 252,6 milyard kubmetr səmt qazı hasil olunub.
“Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsinə başlanılıb
FED.az xəbər verir ki, bu barədə 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” çərçivəsində SOCAR-ın təqdim etdiyi məlumatlara istinadən xəbər verir.
Məlumata görə, AÇG Xəzərin Azərbaycan sektorunda ən böyük neft və qaz yatağı hesab olunur. Hazırda yataqlar blokunda yeddi hasilat platforması fəaliyyət göstərir. Bunlar Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq və Azəri Mərkəzi Şərqi (ACE) platformalarıdır.
Qeyd olunub ki, ən yeni platforma olan ACE 2024-cü ildə istismara verilib və məsafədən idarə olunan texnologiyalar əsasında fəaliyyət göstərir. Platformanın gündəlik hasilat gücü 100 min barel neft təşkil edir.
Məlumatda bildirilir ki, ACE platformasının istismar müddəti ərzində ümumilikdə təxminən 300 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.













