Ötən il bank olmayan kredit təşkilatı (BOKT) “Azkredit” ASC-nin xalis mənfəəti 263 min 870 manat və ya 23% azalıb.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, kredit təşkilatının xalis mənfəəti 2024-cü ildəki 1 milyon 147,6 milyon manatdan 883 min 707 manata düşüb.
Hesabat dövründə şirkətin faiz gəlirləri 944 min 343 manat (217 min 648 manat / 30% çox), faiz xərcləri 50 min 421 manat (17 min 128 manat / 51,4% çox) olub.
Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərər üçün ehtiyatlar təmin olunmamışdan əvvəl xalis faiz gəliri 893 min 922 min manat təşkil edib. Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərər üçün ehtiyatlar 80 min 443 manat olub. Şirkətin xalis faiz gəlirləri 192 min 936 manat (31,1%) artaraq 813 min 479 manata çatıb. Digər gəlirlər 156 min 620 manat (8,3%) azalaraq 1 milyon 734 min manata düşüb.
Xərclərin bütün strukturlarında artım qeydə alınıb. Belə ki, əmək haqqı və işçilərlə bağlı digər xərclər 71 min 335 manat (7,8%) artaraq 983 min 881 manata, inzibati və əməliyyat xərcləri 139 min 168 manat (71,4%) artaraq 334 min 184 manata, haqq və komissiya xərcləri 7 min 992 manat (18,3%) artaraq 51 min 639 manata yüksəlib.
Yekunda şirkətin vergidən əvvəlki mənfəəti 181 min 852 manat (13,3%) azalaraq 1 milyon 182 min manata düşüb. Mənfəət vergisi xərci 297 min 945 manat təşkil edib.
Hesabat dövründə BOKT-un öhdəlkiləri aktivlərə nisbətən daha sürətli artıb. Belə ki, aktivlərin həcmi 24 min 288 manat (0,8%) artaraq 3 milyon 222 min manata, öhdəlkilərin həcmi isə 206 min 994 manat (25%) artaraq 1 milyon 36 min manata çatıb. Aktivlərin 88,5%-i və ya 2 milyon 581 min manatı müştərilərə verilmiş kreditlər olub. Kredit portfeli son bir ildə 474 min 72 manat (20%) böyüyüb.
2025-ci ilin sonuna BOKT “Azkredit” ASC-nin cəmi kapitalı 2 milyon 187 min manat təşkil edib. Bu, 2024-cü ildəki 2 milyon 369 min manatlıq göstəricidən 182 min manat və ya 7,7% daha azdır.







![“Azkredit” BOKT əvvəlki kimi qazana bilmir – [red]BOKT GERİLƏYİR [/red] | FED.az](upload/news/small/2817027.png)
![“Azkredit” BOKT əvvəlki kimi qazana bilmir – [red]BOKT GERİLƏYİR [/red] | FED.az](upload/news/small/607564.jpg)
![“Azkredit” BOKT əvvəlki kimi qazana bilmir – [red]BOKT GERİLƏYİR [/red] | FED.az](upload/news/small/1387669.jpg)








