2026-cı ilin birinci rübündə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz artaraq 883 milyon manata çatıb.
Azərbaycanda sənaye istehsalı cüzi artıb
İZİA-dan FED.az-a bildirilib ki, bu dövrdə istehsal olunan məhsulların 259 milyon manatlıq hissəsi ixrac edilib, sənaye zonalarına isə 158,7 milyon manat investisiya yatırılıb.













