Nazirlər Kabineti “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nda dəyişiklik edib.
FED.az xəbər verir ki, qərara əsasən, bu sıraya qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, kəşfiyyatı, işlənilməsi və idarə olunması məqsədilə yer təki sahələri Azərbaycan Prezidenti tərəfindən birbaşa olaraq paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsinə verilməsi daxil edilib.













