Banner

Sənaye

Dünyada defisitdir, tonu 55 min dollar - AZƏRBAYCANDA DA VAR

Dünyada defisitdir, tonu 55 min dollar - AZƏRBAYCANDA DA VAR | FED.az
10:05 29 Noy 2018

Dünyada elektrik avtomobillərinin sayının artması kobalta tələbatı kəskin yüksəldib və artıq 2020-ci ildə dünyada kobalt defisiti yaranacaq. FED.az «Joint Research Centre»nin hesabatına istinadən xəbər verir ki, kobalt elektrik avtomobillərində əsas hissə olan litium ion batereyalarının – akkumulyatorlarının əsas komponentidir. Batereyasız isə elektrik maşınlarının işini təsəvvür etmək olmaz.

ELƏCƏ DƏ BAX: Kölgə iqtisadiyyat: “300 manat maaş alır, amma 1 500 manat xərcləyir”

Proqnozlara görə elektrormobillərin sayı indiki 3 milyondan 2030-cu ildə 130 milyona çatacaq. Belə sürətli artım kobaltın qıtlığı ilə yanaşı, onun qiymətinin də kəskin artımına səbəb olacaq.

Qeyd edək ki, kobalt əsasən mislə birlikdə yerdən çıxarılan maddədir. Dünyada bu maddə ən çox Afrikada – Konqo Demokratik respublikasında çıxarılır. Bloomberg yazır ki, dünyanın elektromobil bazarının gələcəyi bu ölkənin rəhbərliyinin qərarından asılıdır. Belə ki, bir qədər əvvəl hökumət metal hasilatına vergini artırıb və nəticədə kobalt 2 dəfə bahalaşıb.

Kobalt qıtlığı ehtimalı dünyanın avtomobil nəhənglərinin elektronmobil bazarını inkişaf etdirməklə bağlı planlarını şübhə altına salır, hansı ki, onlar benzin və dizel avtomobillərdən elektrikə keçməyi planlayırdılar. Vəziyyətdən çıxmaq üçün kobaltsız akkumulyator hazırlamağa çalışırlar, ama bu işlər hələ ilkin mərhələdədir.

Bəzi şirkətlər isə sadəcə kobalt yataqlarının sahibləri ilə birbaşa danışıqlara başlayıblar. Bunlardan biri də BMW şirkətidir.

Hələlik isə elektrik maşınlarının sayı sürətlə artır. ABŞ-da ilk 9 ayda 232,5 min elektrik və hibrid maşın satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə artım 63%-dir. Avropada isə 291 min belə maşın satılıb – artım 35% təşkil edib. Çində və başqa ölkələrdə də elektronmobillərin sayı artmaqdadır.

Azərbaycanda da kobalt yataqları var. Bunlar Böyük və Kiçik Qafqaz hissəsində yerləşir. Kobalt filizlərinin sənaye əhəmiyyətli yığımları Daşkəsən filiz rayonunda məlumdur. Burada kobalt filizləri həm müstəqil (Yuxarı Daşkəsən yatağı), həm də skarn-maqnetit filizləri ilə birgə əmələ gəlib. Bundan başqa, Naxçıvan MR ərazisində də kobalt ehtiyatları mövcuddur.

Hazırda dünya bazarında kobaltın bir tonunun qiyməti 55,2 min dollar və ya 48 min avrodur.

2013-cü ilin əvvəlindən indiyədək dünyada kobaltın qiyməti 3,3dəfə artıb. Belə ki, 5 il bundan əvvəl kobaltın 1 tonu 28 min dollar idi. 2018-ci ilin sentyabrında bu qiymət 95 min dollara qalxıb, sonra yenidən 55 min dollara enib. Qarşıdakı müddətdə defisitlə əlaqədar olaraq qiymətlərini artacağı şübhə doğurmur.

Digər xəbərlər

Banner