Şəkidə Tütün İstehsalı və Emalı Məntəqəsinin yenidən qurulması həyata keçirilir.
FED.az xəbər verir ki,“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın uyğun maddələrindən irəli gələn tələblərin yerinə yetirilməsi məqsədi ilə Şəki rayonunun Çələbixan qəsəbəsində yerləşən Tütün İstehsalı və Emalı Məntəqəsinin yenidən qurulması işləri həyata keçirilir.
Bu məqsəd ilə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən bütün müvafiq qurumlardan müsbət rəy alınmaqla mövcud Tütün İstehsalı və Emalı Məntəqəsi ilə yanaşı, ərazidə 0.90 ha torpaq sahəsi ayrılmış, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin sifarişi əsasında “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanmış və obyektin eskiz layihəsi Şəki Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdır.
Layihəyə əsasən yeni yaradılacaq sahədə 30 ədəd müasir odlaqurutma kameralarının, anbar binasının, kameralaraltı platformanın, kameralar üçün talvarın, operator otağının, pompaxananın, tutumu 150 kub metr olan 2 ədəd yanğınsöndürmə üçün su anbarının, tutumu 20 kub metr olan təsərrüfat-içməli su anbarının, istilik məntəqəsinin və çirkab su anbarının tikintisi, eləcə də çeşıdləmə sahəsinin yaradılması nəzərdə tutulmuşdur.
Hal-hazırda obyektdə ərazinin planlaşdırılması, mövcud yerüstü və yeraltı kommunikasiya xəttlərinin ərazidən kənarlaşdırılması, qurutma kameralarının monolit dəmir-beton özülünün quraşdırılması, hasarın 50 faizdən artıq tikintisi işləri başa çatdırılmışdır.
Tikintinin tam başa çatdırılma müddəti cari ilin may ayına planlaşdırılır.
"Azərtütün ASK"da yenidənqurma - TİKİNTİ İŞLƏRİNƏ BAŞLANILIB
13:19
16 Aprel 2019