“AzerGold” QSC fəaliyyət göstərdiyi müddətdə ona əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən 47 milyon manat vəsait ayrılıb.
“AzerGold” ölkə iqtisadiyyatına 660 mln. manata yaxın vəsait - Cəlb Edib
FED.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
Onun sözlərinə görə, əvəzində şirkət bu illər ərzində büdcəyə təxminən 59 milyon manat vergi və rüsum ödəyib. Bunun 18,1 milyon manatı 2021-ci ilin I yarısının payına düşüb. O cümlədən 6 ay ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 16,6 milyon manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna isə 1,5 milyon manat ödənilib.
Bundan başqa, sədrin sözlərinə görə, indiyə qədər rəhbərlik etdiyi qurum 254,5 min unsiya qızıl və 456,3 min unsiya gümüş satıb, bununla da ölkə iqtisadiyyatına təxminən 657 milyon manat vəsait cəlb edib.