“Puta-Əyirici” ASC-nin AZ1001012645 dövlət qeydiyyat nömrəli, adi adlı səhmləri məhkəmə qərarlarının icrası ilə əlaqədar olaraq, PSG-Kapital İnvestisiya Şirkəti QSC-nin müraciətinə əsasən Bakı Fond Birjasında (BFB) satışa çıxarılacaq.
FED.az xəbər verir ki, hərrac 30 iyul 2021-ci il tarixində saat 12.30-dək təşkil olunacaqdır və minimal satış qiyməti 1 AZN olacaqdır. (Marja)