Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 1 026,3 ton qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 426,8 ton və ya 71,2% artıb.
2024-cü ilin yanvar-aprel ayları ərzində bu göstərici 599,5 ton təşkil edib.
1 may 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 64,5 ton təşkil edib ki, bu da illik müqayisədə 128,5 ton və ya 3 dəfə azdır.
Ötən ilin eyni dövründə hazır qızıl ehtiyatı 192,7 ton olub.
Xatırladaq ki, 2024-cü il ərzində Azərbaycandan 21,1 milyon dollar dəyərində qızıl ixrac edilib