Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 1 862,7 kq qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 614,5 kq və ya 49,2% artıb.
2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 1 248,2 kq təşkil edib.
1 avqust 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 167,5 kq təşkil edib ki, bu da illik müqayisədə 151,9 kq və ya 1,9 dəfə azdır.
Ötən ilin eyni dövründə hazır qızıl ehtiyatı 319,4 kq olub.