Türkiyənin "Tekfen Holding" şirkətinin İdarə Heyətinin sədri Murat Gigin Azərbaycanda neft, gübrə və neft-kimya sektorunda investisiyalara başladıqlarını bildirib.
Eləcə də bax: Rövnəq Abdullayev: Bəzi şirkətlər “Ümid-Babək” layihəsində - İŞTİRAK ETMƏK İSTƏYİR
FED.az-ın məlumatına görə, "Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Murat Gigin, "Azərbaycan ilə illərdir çalışırıq. Qaz və neft sektorunun inkişafının hər bir mərhələsində mövcuduq. Keçmişdə yalnız podratçı olaraq başladığımız yerdə bu gün çox ciddi iş ortaqlıqlarımız var. Azərbaycanda neft, gübrə və neft-kimya sektorunda investisiyalara başlayırıq", - deyib.
"Tekfen Holding"in sdəri əlavə edib ki, Türkiyənin Körfəz ölkələri və Səudiyyə Ərəbistanı ilə münasibətlərindəki çətinliklər yeni iş almalarına mənfi təsir edir:
"Cənub qonşumuz İraqda uzun müddətdir çalışırıq, amma zaman-zaman siyasi münasibətlərdəki gərginliklər podratçı olaraq iş almağımızı, aldığımız işlərin davamlılığını çox təsir edir. Körfəz ölkələri və Səudiyyə Ərəbistanı ilə əlaqələrimizdə sıxıntılı dövr yeni layihələrdə iştirak etməyimizi əngəlləyir. Liviyadakı vətəndaş müharibəsi oradakı davamlılığı imkansız edir".