Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı tərəfindən ölkəmizdə inkişaf potensialı olan sahələrə dəstək verilməsi prioritet hesab olunur.
Eləcə də bax: Türkiyənin ən böyük pivə istehsalçısının adı ilə Azərbaycanda şirkət - YARADILIB
FED.az xəbər verir ki, AMEA Yüksək Texnologiyalar Parkının dəstəyi ilə yeni rezident – “BEYT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Smart” arı yeşiklərinin istehsalı təşkil ediləcək.
İstehsalı planlaşdırılan ağıllı arı yeşiklərinə temperatur, rütübət, işıq, atmosfer təzyiqini ölçən sensorlar, məhsulun həcmini ölçəcək tərəzi yerləşdiriləcək, yeşiklərin yerləşmə və açılıb-bağlanma ilə bağlı məlumatları fermerə ötürəcək proqram təminatı hazırlanacaq.
İlkin mərhələdə 20 nəfər heyətlə işə başlanılması planlaşdırılır.
Müəssisə illik istehsal gücü 500 min ədəd ağıllı yeşik təşkil edəcək. Bu isə işğaldan azad edilən bölgələrdə yeni innovativ texnologiyaların tətbiqi ilə arıçılığı intensiv yollarla qısa müddətdə inkişaf etdirməyə imkan yaradacaq.
AMEA Yüksək Texnologiyalar Parkı innovasiya və yüksək texnologiyalar istiqaməti üzrə investisiya layihələrinin qəbulunu davam etdirilir.