Azərbaycanda ilk dəfə olaraq sualtı qaynaq və kəsmə elektrodu istehsalı həyata keçiriləcək.
FED.az xəbər verir ki, bunu açıqlamasında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti "Gedik Kaynak" MMC-nin direktoru Taleh Salmanov bildirib.
"Qarşıdakı 6 ayda yeni istehsal xəttini işə salacağıq, sualtı qaynaq və kəsmə elektrodlarını bazara təqdim edəcəyik. Azərbaycanda bu məhsullara kifayət qədər tələbat var",- deyə T. Salmanlı qeyd edib. (Report)