Azərbaycan Fransa ilə müştərək əsasda hərbi patrul katerləri istehsal etməyi nəzərdə tutur".
FED.az xəbər verir ki bunu Fransanın “Naval Group” şirkətinin Azərbaycandakı nümayəndəsi Kristof Blö bildirib.
O deyib ki, hazırda bu məsələyə dair hərtərəfli danışıqlar aparılır: “OPV-90 tipli hərbi gözətçi gəmiləri bütövlüklə Azərbaaycanda istehsal olunacaq. Burada söhbət ayrı-ayrı parçaları gətirib yığmaqdan yox, məhz bütöv bir istehsal prosesindən gedir. Həmin gəmi su üzərində dayanıqlı olub Azərbaycanın Xəzərdə suveren hüquqlarını təmin etməyə layiqli töhfə verəcək”.
OPV-90 gəmisinin həmçinin gəmivuran raketlər sistemilə təchiz olunduğu, iki 5-10 tonluq helikopteri qəbul edə bildiyi də qeyd olunub.