Pambıq bahalaşmaqda davam edir. Bu vəziyyət bir çox hazır geyim şirkətinin strategiyalarına və qiymətlərinə yenidən baxmalarına səbəb olur.
Eləcə də bax: «LC Waikiki» patronundan - "GEYİM BAHALAŞACAQ" XƏBƏRDARLIĞI
FED.az xəbər verir ki, qlobal pambıq qiymətləri 10 ilin ən yüksək səviyyəsinə çatıb. Qiymətlər 2021-ci ilin əvvəlindən bu yana 40%-dən çox artıb.
Nyu Yorkda Nyu Yorkda ən aktiv əməliyyat olunan kontraktın qiyməti 3% artaraq poundu (0.453 kq) 1,1495 dollara qədər qalxıb.
Qiymətlər son 12 ayda isə təxminən 70% yüksəlib və bu vəziyyət, qlobal geyim istehsalçılarının xərclərini artırır. Qiymətlərin artmasına əlverişsiz iqlim şərtləri, artan fraxt qiymətləri, azalan ehtiyatlar, ABŞ, Çin və Hindistanda istehsalın azalacağı proqnozları və artan tələb təsir göstərir.
Xüsusilə, Çinin pambığa tələbi güclü artıb.
Türkiyədə isə qiymətlər keçən həftə Şanlıurfada kilo başına 24 Türk Lirəsinə, İzmirdə isə 22 Türk Lirəsinə qədər yüksəlib.
Pambıq qiymətlərində kəskin yüksəliş daha əvvəl 2009-2011 dövründə də baş vermişdi. 2 illik müddət ərzində pambıq qiymətləri 0,42 dollardan 2 dollara qədər yüksəllmiş, sonra 0,70 dollar səviyyələrinə geriləmişdi.
Türkiyənin geiym şirkəti "Kiğılı"nın direktoru Hilal Suerdem deyib:
"Mövcud quraq dövr pambıq qiymətlərinin artmasına səbəb olur. Mövcud qiymət artımlarından sonra qiymətlərin düşəcəyini düşünmürəm. Tədbir olaraq anbarlarımızda ehtiyatı artırsaq belə 1 il sonra bu xərclər ilə qarşı-qarşıya qalacağıq. Xərc məsələsində həm Dolların bahalaşması, həm də xammal qiymətləri sektoru sıxışdırır. Artan xərclər qarşısında qiymət artımını etsək satışa mənfi təsir edir.Buna görə biz də xaric bazarda e-ticarət çalışması edirik. (Marja)
Bir sıra geyim istehsalçıları pambığın bahalaşmasını qlobal təchizaq problemləri ilə əlaqələndiri və yüksək qiymətlərin müvəqqəti olduğunu düşünür.
İstanbul Tekstil və Xammalları İxracatçıları Birliyinin sədri Ahmet Öksüz bildirib:
"Türkiyənin istehsal etdiyi pambıq bizə çatmır, əhəmiyyətli bir idxalatçıyıq. 2021-ci ilin sonuna qədər 2 milyard dollara yaxın pambıq idxalının olmasını gözləyirik. Şirkətlərimiz rəqabət mühitində çətinlik çəkirlər. Bu yüksək qiymətlər gəlirlərə və mənfəətə mənfi təsir edir".
Mütəxəssislər bildirirlər ki, artan pambıq qiymətlərinin istehlakçıya (alıcılara) əks olunması 6 aylıq bir müddətdə baş verir. (Marja)