İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında 19 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib.
Ağdam Sənaye Parkında daha bir şirkətə rezident statusu verilib – Qazbeton blok istehsal edəcək
Agentlikdən FED.az-a verilən məlumata görə, bu 25 sahibkarlıq subyekti tərəfindən ümumilikdə Ağdam Sənaye Parkına 176 milyon manat investisiya yatırılması, 1,7 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda sənaye zonalarında 134 müəssisə rezident kimi qeydiyyatdan keçib və onlardan 68-i istehsal fəaliyyətinə başlayıb.