İran neftinin alıcıları mümkün qədər tez bir zamanda bu ölkədən neft almağı dayandırmalıdırlar.
Bu sözləri ABŞ dövlət katibinin köməkçisinin müavini Sandra Oudrik deyib.
Onun sözlərinə görə, İrana qarşı sanksiyalar yalnız artacaq: "Bizim İrana qarşı yanaşmamız - təzyiq göstərilməsi üzrə maksimal kampaniyadır. Noyabrın 5-i bərpa edilən sanksiyalara son qərar deyil, başlanğıc kimi baxılmalıdır... Bizim məqsədimiz - İranın neft ixracını sıfıra çatdırmaqdır. Bütün idxalçılar öz tədarüklərini diversifikasiya etməlidirlər və bu məsələdə İranda mümkün qədər tez bir zamanda uzaqlaşmalıdırlar".
ELƏCƏ DƏ BAX: Avropa Komissiyasından neft – PROQNOZU
Qeyd edək ki, Donald Tramp may ayında ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi ilə (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan edib. ABŞ avqustun 7-si yenidən İrana qarşı sanksiyalar tətbiq edib.
ABŞ-ın neft ixracına aid olan İrana qarşı əlavə sanksiyaları noyabrın 5-i qüvvəyə minib. ABŞ Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə müvəqqəti sanksiyaların təsirindən kənar qalma imkanı verib.