"Biz mövcud aktivləri yenidən dəyərləndirib, qiymətləndiririk."
Bunu "İnnovasiya Klasterlərinin yaradılmasında dövlət-özəl tərəfdaşlığı: Mövcud aktivlər və yerli xammaldan səmərəli istifadə" mövzusunda keçirilən tədbirdə Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
N.Səfərov bildirib ki, "SOCAR Polymer"in qiymətləndirilməsinin birinci mərhələsi yekunlaşıb: "Hazırda, təqribən, 15-20 şirkətlə danışıqlar aparılır. Hansı ki, onlar "SOCAR Polymer"in istehsal etdiyi məhsullardan xammal kimi istifadə edəcək. Biz onların tələbatını və ehtiyaclarını öyrənirik".