“İnsan istifadəsi üçün dərman vasitələrinin qiymətinə dair qərarda dəyişiklik edilməsi ilə bağlı Prezidentin Qərarı” “Resmi Gazete”nin bugünkü sayında dərc olunub.
Xaricdən şəxsi ehtiyaclar üçün dərman gətirilməsinə - LİMİT QOYULUR, QANUNA DƏYİSİKLİK
FED.az xəbər verir ki, prezidentin qərarına əsasən, insan istifadəsi üçün nəzərdə tutulan dərman vasitələrinin qiymətində istifadə olunan 1 avronun türk lirəsi ilə dəyəri dekabr ayında 36,77 faiz artırılıb.
Bu qərarla, sektorun tədarük, istehsal və planlamasını dəstəkləmək məqsədilə dərman qiymətlərində fevral ayında edilməsi planlaşdırılan tənzimləmə önə çəkilib.
Qərarla bağlı sosial media hesabından açıqlama verən Türkiyənin Səhiyyə naziri Fahrettin Koca, “Dərman tapılmaması probleminin həlli üçün ilk addım Prezidentimizin imzası ilə atıldı. Fevral ayında edilməli olan qiymət yeniləməsi ertələndi. Digər addımlar da yoldadır. Biz bunu həll edəcəyik, ona görə də heç kim narahat olmasın”, - o yazıb. (Marja)