"MİRAS20-İM" MMC-nin Tayvandan idxal etdiyi “OOO PROGRESS ZERO INFINITY” müəssisəsinin istehsalı olan ümumi çəkisi 72,50 kiloqram meyvə suyu topları məhsulundan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
AQTA: "Azərbaycan dilində etiketlənməsi olmayan qida məhsullarının satışı qadağandır"
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovartiv həllər şöbəsindən FED.az-a verilən məlumata görə, aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə “kif-maya” göbələklərinin miqdarının normadan artıq olduğu aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.