Tailand, Çin və Sinqapur yeni koronavirus dalğası ilə üzləşib, hakimiyyət orqanları vətəndaşları maska taxmağa çağırıb.
Çinli alimlər insanları yoluxdura biləcək yeni yarasa koronavirusu aşkarlayıb
FED.az xəbər verir ki, “Nikkei Asia” portalının məlumatına görə, mayın 18-dən 24-dək Tailandda COVID-19 infeksiyasına 53,5 min yoluxma halı qeydə alınıb. Yanvardan mayın ortalarınadək yoluxan insanların sayı isə 187 min nəfərə çatıb. Yoluxma halları ən çox paytaxt Banqkokda müşahidə olunub. Mayın ortalarından başlayaraq paytaxtdakı məktəblərdə dezinfeksiya işləri aparılır, bəzi təhsil müəssisələri onlayn təhsil sisteminə keçib.
Çinin hakimiyyət orqanlarının məlumatına görə, aprelin 28-dən mayın 4-dək aparılan testlərin təxminən 16 faizi pozitiv çıxıb. Çinli epidemioloqların sözlərinə görə, virusun Çində dominant olan yeni XDV və XDV.1 variantları immun sisteminin müqavimətinə daha davamlıdır. Bu o deməkdir ki, hətta peyvənd olunan və ya koronavirusdan sağalan insanlar yoluxma riski altındadır.
Son vaxtlar Sinqapurda da COVID-19 virusuna yoluxma hallarının artması ilə əlaqədar həyəcan təbili çalınır. Ölkənin Səhiyyə Nazirliyi mayın 13-də il ərzində ilk dəfə koronavirusla bağlı yenilənmiş statistikanı açıqlayıb. Məlumata görə, aprelin 27-dən mayın 3-dək əvvəlki həftəyə nisbətən 28 faiz daha çox yoluxma halı qeydə alınıb. Hakimiyyət orqanları vətəndaşlara ehtiyatlı olmağı, o cümlədən peyvənd vurdurmağı və insanların sıx olduğu yerlərdə maska taxmağı tövsiyə edib. (Azərtac)