Çinli tədqiqatçılar insanlara keçmə riski daşıyan yeni yarasa koronavirusu aşkar ediblər. Bu virus, Covid-19-a səbəb olan SARS-CoV-2 virusu kimi insan hüceyrələrinə daxil olmaq üçün eyni reseptordan istifadə edir.
Koronavirus həkimlərinin əməkhaqlarına - ƏLAVƏNİN MÜDDƏTİ UZADILDI
FED.az xəbər verir ki, tədqiqat Guangzhou Laboratoriyasının alimləri tərəfindən aparılıb və onu məşhur virusoloq, “yarasa qadın” kimi tanınan Şi Çjenli rəhbərliyi altında Wuhan Universiteti, Wuhan Virusologiya İnstitutu və Guangzhou Elmlər Akademiyasının mütəxəssisləri həyata keçirib.
Şi Çjenli daha əvvəl Covid-19-un mənşəyi ilə bağlı mübahisələrin mərkəzində olan Wuhan Virusologiya İnstitutundakı işi ilə tanınıb. Bəzi nəzəriyyələr virusun laboratoriyadan sızdığını irəli sürsə də, bu barədə qəti bir elmi konsensus mövcud deyil. Bununla belə, bir çox araşdırmalar SARS-CoV-2 virusunun yarasalardan insanlara keçmədən əvvəl aralıq bir heyvandan yoluxmuş ola biləcəyini göstərir. Şi Çjenli institutun pandemiyaya səbəb olması iddialarını dəfələrlə təkzib edib.
Son araşdırmada müəyyən edilən yeni virus, ilk dəfə Honq Konqda yapon yarasasından (Japanese pipistrelle) götürülən HKU5 koronavirusunun yeni bir qolu hesab olunur. Bu virus, eyni zamanda, Yaxın Şərq tənəffüs sindromuna (MERS) səbəb olan virusu da əhatə edən merbekovirus altnövünə aiddir.
Alimlərin araşdırmasına görə, yeni virus insanlarda hüceyrələrə daxil olmaq üçün ACE2 reseptoruna bağlana bilir. Bu da onun potensial olaraq insanlara keçə biləcəyini və pandemiya riskinin mövcud olduğunu göstərir.