"İkar-Qrup" MMC şirkəti "Elmas" qablaşdırılmış məhsulunun üzərində suyun mənbəyi "Abşeron rayonu, Zirə kəndi, artezian suyu" olduğu halda, üzərində "mineral süfrə suyu" qeyd edib.
4 şirkətin satdığı içməli suda - PROBLEM AŞKAR EDİLDİ - AQTA SİYAHI AÇIQLADI
FED.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Şirkət məxsus "Ada Su" məhsulunun üzərində suyun mənbəyi “Abşeron rayonu, Zirə kəndi, artezian suyu” olduğu halda, üzərində "təbii qazsız içməli su" qeyd edib,
“Gülüm” məhsulunun üzərində isə suyun mənbəyi “Abşeron rayonu, Zirə kəndi, artezian suyu” olduğu halda, üzərində "mineral su" qeyd edib,
"Sizlik Su" məhsulunun üzərində isə suyun mənbəyi qeyd olunmayıb.
AQTA-nın göstərişi ilə su məhsullarının üzərində müvafiq olaraq "təbii içməli su" sözləri "təmizlənmiş içməli quyu suyu" ilə, "mineral süfrə suyu" sözləri “qazsız içməli su” ilə, "təbii qazsız içməli su" sözləri "qazsız içməli su" ilə əvəzlənib, "mineral su" qeydi çıxarılıb, üzərində "ozonlaşdırılmış artezian suyu" qeyd edilib. (Marja)