Banner

Sağlamlıq

"Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib"

"Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib" | FED.az
11:50 16 Yan 2021

“Vaksinasiya məsələsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Onların sayəsində ölkəmizdə yanvarın 18-dən vaksinasiya prosesinə başlanılır”.

Eləcə də bax: Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM

FED.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, vaksinasiya prosesi yalnız qabaqcıl ölkələrdə başlayıb:

“Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib. Artıq ilk partiya gəlib. Yanvarın 18-dən ilk olaraq tibb işçilərinin vaksinasiyasına başlanılacaq. Daha sonra fevralın 1-dən isə yaşı 65 dən yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq”

Banner

Digər xəbərlər