Qazaxıstan vətəndaşlarına yeni növ koronavirus infeksiyası və qızılcadan qorunmaq üçün yenidən maska taxmaq tövsiyə olunur.
Səhiyyə Nazirliyi əhaliyi maskaya keçməyə çağırdı - YOLUXMA ARTIR
FED.az xəbər verir ki, Qazaxıstan KİV-in yaydığı məlumata görə, bu barədə ölkənin Baş Dövlət Sanitar Həkimi Ayjan Esmaqambetovanın göstərişində deyilir.
Qərarda hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyi qeyd olunur. (Apa)