İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2021-ci ilin oktyabr və noyabr ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 8.9 milyon manatdan çox, qeyri-tibb işçilərinə isə 1.9 milyon manata yaxın müddətli əlavə ödəyib.
Eləcə də bax: "Omikron" ştamı yayılsa, sərt tədbirlərə əl atmalı olacağıq"
Agentlikdən FED.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən ilin oktyabr və noyabr ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 4056.70 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, oktyabr və noyabr ayları üzrə 2250 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:
Aylar |
Dövlət tibb müəssisələri üzrə |
Özəl tibb müəssisələri üzrə |
Könüllülər üzrə |
Cəmi |
|
Tibb işçiləri |
Qeyri-tibb işçiləri |
||||
Oktyabr |
7,468,087.75 AZN (7 456 nəfər) |
1,404,345.65 AZN (2 612 nəfər) |
4 056.70 AZN (2 nəfər) |
1 250,00 AZN (5 nəfər) |
8,877,740.10 AZN (10 075 nəfər) |
Noyabr |
1,461,208.95 AZN (1 156 nəfər) |
457,466.51 AZN (989 nəfər) |
0,00 AZN (0 nəfər) |
1 000,00 AZN (4 nəfər) |
1,919,675.46 AZN (2 149 nəfər) |
Qeyd olunmalıdır ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən noyabr ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.
“Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya tədbirlərinə cəlb edilmiş işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Agentliyin İdarə Heyətinin 20 sentyabr 2021-ci il tarixli 26 saylı Qərarına əsasən iyul və avqust ayları üzrə 67 tibb müəssisəsinə ümumilikdə 1 milyon 597 min manat məbləğində birdəfəlik mükafat ödənilib. Qeyd edək ki, Agentlik tərəfindən iyul və avqust ayları üzrə birdəfəlik mükafatların ödənilməsi davam edir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2021-ci il tarixli 369 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il yanvarın 1-dək uzadılıb.