Fransada COVID-19 epidemiyasının pik dövrü başlayıb. COVID-19 virusu epidemiyasından xəstəxanalarda ölənlərin sayı 3 mini keçib ki, bunlardan 418-i son 24 saatda qeydə alınıb.
Eləcə də bax: Daha bir ölkənin Azərbaycandakı səfirliyi - VİZALARIN VERİLMƏSİNİ DAYANDIRDI
FED.az xəbər verir ki, bu haqda ölkənin Səhiyyə naziri məlumat verib. Bildirib ki, xəstəxanalara 21 minə qədər xəstə yerləşdirilib, onlardan 5 min 56-ı reanimasiyadadır. Koronavirusa yoluxanların sayının 45 minə yaxın olduğu bildirilib.
Xəstəxanalara yerləşdirilən xəstələr əsasən tənəffüs problemləri olanlardır. Tibb işçiləri arasında 717 nəfər koronavirusa yoluxub.
Fransa Baş Naziri aprelin 15-dək vəziyyətin daha da çətin olacağı ilə bağlı əhalini xəbərdar edib.
Azərtac