Türkiyədə yeni koronavirusdan peyvənd prosesi bu həftənin sonunda başlanacaq.
Eləcə də bax: "Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək"
FED.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin iclasının nəticəsinə görə keçirilən brifinqdə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
"COVID-19-a qarşı peyvənd prosesinə müəyyən edilmiş qaydaya uyğun olaraq cümə axşamı və ya cümə günü başlayacaqlar", - dövlət başçısı deyib.
Rəcəb Tayyib Ərdoğan həmçinin qeyd edib ki, hakimiyyət ölkədə virusa yoluxma sayının azalması ilə əlaqədar COVID-19-un yayılmasına mübarizə üzrə tədbirlər çərçivəsində tətbiq edilmiş məhdudiyyətləri tədricən yumşaldacaq. (Report)