Dünya Səhiyyə Təşkilatının eksperti Mariya van Kerkxoven dünyada koronavirusun yayılma sürətinin azaldığını bəyan edib.
Eləcə də bax: “Koronavirus pandemiyası 7 il davam edəcək” - Bloomberg
FED.az-ın miəlumatına görə, o bildirib ki, koronavirusa yoluxma sürətinin zəimfləməsi bəzi ölkələrdə müşahidə edilir.
Həyata keçirilən tədbirlər virusun yayılması zəncirinin qırılmasına səbəb olub. Bu ilk növbədə vaksinləşmədir.
Bununla yanaşı, ekspert, COVID-19-a yoluxma hallarının azaldığı ölkələri də diqqəti azaltmamağa və sanitar tədbirləri davam etdirməyə çağırıb.
Xatırladaq ki, bir qədər əvvəl Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adxanom Qebreyesus bildirib ki, dünyada koronavirusdan peyvəndlənənlərin sayı xəstələnənləri üstələyib.
Amma onun sözlərinə görə, bu müsbət hal olsa da, narahatlıq doğuran məqam odur ki, vaksinlənənlərin 75%-i böyük ölkələrin payına düşür. Hansı ki, birlikdə dünya ÜDM-nin 60%-ni təmin edir.