Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Sağlamlıq

  1. Ana səhifə
  2. Sağlamlıq
  1. Sağlamlıq

Bu mağazalarda saxta spirtli içkilər aşkarlanıb - XƏBƏRDARLIQ

Bu mağazalarda saxta spirtli içkilər aşkarlanıb - XƏBƏRDARLIQ | FED.az
10:16 8 Dek 2022

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta spirtli içkilərlə bağlı xəbərdarlıq edib.

Bakıda şərab evində - Saxta İçkilər Satılırmış

FED.az xəbər verir ki, yeni il qabağı spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq AQTA əhalini diqqətli olmağa çağırır.

"Təəssüflə bildiririk ki, bayram ərəfəsində kustar üsulla spirtli içki hazırlayaraq insan sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Son vaxtlar AQTA tərəfindən həyata keçirilən monitorinq zamanı marketlərdə xeyli sayda saxtalaşdırılmış müxtəlif növ spirtli içki aşkarlanıb. Belə ki, cari ilin noyabr ayı ərzində həyata keçirilən yoxlamalar zamanı 8 ticarət obyekti və 3 ictimai iaşə müəssisəsində, ümumilikdə, 406 ədəd saxta alkoqollu içki aşkar olunub. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb" - məlumatda qeyd olunub.

Aşkar olunmuş saxta alkoqollu içkilərlə bağlı məlumat aşağıdakı kimidir:

Aşkarlanmış saxta alkoqollu içkilər barədə məlumat

Müəssisənin ünvanı

Fəaliyyət sahəsi

Məhsul sayı

Saxtalaşma əlaməti

Səbail rayonu, Ü.Hacıbəyov küç., ev 18

ticarət obyekti

95 ədəd

İçkilərin bir qisminin üzərində istehsal və son istifadə tarixi və partiya nömrəsinin silindiyi, qablaşdırmasında aşkar pozuntuların olması faktı, başlıq hissələrinin kustar üsulla bərkidildiyi, eyni zamanda malların orijinaldan kəskin fərqləndiyi müşahidə edilib.

Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi

ticarət obyekti

6 ədəd

İçkilərin bir qismində məhsulun qablaşdırılmasında istifadə olunan falqanın və aksiz markanın ikinci dəfə kustar üsulla sonradan yapışdırıldığı müəyyən edilib.

Səbail rayonu, Bülbül pr.,

ev 7

ticarət obyekti

31 ədəd

Baxış zamanı alkoqollu içkilərin butulkalarının təkrar istifadə olunan butulkalar olduğu, həmçinin başlıq hissələrinin kustar üsulla bərkidildiyi, eyni zamanda malların orijinaldan kəskin fərqləndiyi müşahidə edilib. Sözügedən içkilərə dair qaimə və istehsalçının qida təhlükəsizliyi reyestrindən çıxarışı təqdim edilməyib.

Xətai rayonu, Xocalı pr.,

ev 21

ticarət obyekti

41 ədəd

Baxış zamanı alkoqollu içkilərin butulkalarının təkrar istifadə olunan butulkalar olduğu, həmçinin başlıq hissələrinin kustar üsulla bərkidildiyi, eyni zamanda malların orijinaldan kəskin fərqləndiyi müşahidə edilib. Sözügedən içkilərə dair qaimə və istehsalçının qida təhlükəsizliyi reyestrindən çıxarışı təqdim edilməyib.

Xətai rayonu, G.S.Mehmandarov küç., ev 6

ticarət obyekti

14 ədəd

Məhsulların doldurulması və aksizində müəyyən şübhələr yaranıb.

Nəsimi rayonu, 20 Yanvar küçəsi 15A

ictimai iaşə müəssisəsi

14 ədəd

Təkrar istifadə olunan butulkalar, başlıq hissələrinin kustar üsulla bərkidilməsi, orijinal “Organic Line” içkilərində aksiz markasının alt hissəsində qalan qapağının üzərində “OL” möhürünün olmasına baxmayaraq, sözügedən butulkalarda həmin möhürün olmaması müəyyən edilib.

Suraxanı rayonu, Qaraçuxur ştq, C.Qurbanov küç., ev 5

ictimai iaşə müəssisəsi

1 ədəd

Şüşəsindəki yazılar, butulkanın baş hissəsindəki məhsulun saxta olmamasını fərqləndirən “OL” nişanının olmaması, eyni zamanda malların orijinaldan kəskin fərqləndiyi müəyyən edilib.

Daşkəsən rayonu, A.Abdullayev küç., ev 45

ticarət obyekti

14 ədəd

Şüşə butulkaların qapaqlarının üzərində orijinaldan fərqli olaraq “O və L” hərflərinin qeyd olunmadığı, həmçinin butulkanın içərisindəki spirtli içkinin orijinaldan fərqli miqdarda doldurulduğu və başlıq hissəsinin şüşə butulkaya kustar üsulla təkrar bərkidildiyi müəyyən edilib.

Daşkəsən şəhəri, H.Əliyev prospekti 26

ticarət obyekti

8 ədəd

Şüşə butulkaların qapaqlarının üzərində orijinaldan fərqli olaraq “O və L” hərflərinin qeyd olunmadığı, həmçinin butulkanın içərisindəki spirtli içkinin orijinaldan fərqli miqdarda doldurulduğu və başlıq hissəsinin şüşə butulkaya kustar üsulla təkrar bərkidildiyi müəyyən edilib.

Goranboy rayonu, Civəzadə küçəsi

ictimai iaşə müəssisəsi

28 ədəd

İstehlak olunmuş araqların butulkalarından təkrar istifadə olunması, həmçinin başlıq hissələrinin kustar üsulla hazırlanaraq bərkidildiyi, eyni zamanda məhsulların orijinaldan kəskin fərqləndiyi müəyyən edilib.

Ağdam rayonu, Bənövşələr qəsəbəsi

ticarət obyekti

154 ədəd

Orqanoleptik baxış zamanı köhnə aksiz markaların yapışqanlarının qalıntılarının müşahidə edildiyi, yeni aksiz markaların qapağın digər tərəfindən yapışdırıldığı, qapağın butulkaya birləşən hissələrinin müəyyən edilmiş normadan artıq olduğu, orijinaldan kəskin fərqləndiyi müəyyən edilib.

Adətən, belə məhsulların qablaşdırılmasında və markalanmasında uyğunsuzluqlar müəyyən edilir, keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim olunmur.

Mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların zəhərlənməsinə səbəb olan metil texniki, sənaye spirtidir və onun qida kimi istifadə olunması yolverilməzdir. Bu zaman istehlakçılar güclü zəhərlənmə halları, hətta ölüm təhlükəsi ilə üzləşə bilərlər. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Nəticədə mərkəzi sinir və mədə-bağırsaq sistemi, xüsusilə gözün torlu qişasını zədələməklə görmə ilə əlaqədar olan ağır fəsadlar yaradır. Qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir, həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən, dələduzlar gizli və qapalı məkanlarda bu cür qanunsuz fəaliyyətlə məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Vətəndaşlardan belə qanunsuz hallarla bağlı aidiyyəti dövlət orqanlarına, o cümlədən Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Bayram günlərində özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamaq, xoşagəlməz hallarla rastlaşmamaq üçün vətəndaşlar diqqətli olmalı, keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran, saxta spirtli içkiləri istehlak etməməlidirlər. Əhalidən xahiş olunur ki, ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun sənədləri tələb etsinlər.

Banner
  • mağazalar
  • AQTA
  • saxta
  • spirtli içkilər
Paylaş

Digər xəbərlər

Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 2 NƏFƏR VƏFAT ETDİ
Sağlamlıq 3 Fev 2023
Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 2 NƏFƏR VƏFAT ETDİ
AQTA bu market və restoranlarda nöqsanlar aşkarlayıb - SİYAHI
Sağlamlıq 3 Fev 2023
AQTA bu market və restoranlarda nöqsanlar aşkarlayıb - SİYAHI
Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI -  5 NƏFƏR VƏFAT ETDİ
Sağlamlıq 2 Fev 2023
Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 5 NƏFƏR VƏFAT ETDİ
“Azəri Med”, “Zeytun Pharmaceuticals”da nöqsanlar aşkarlandı – SİYAHI
Sağlamlıq 2 Fev 2023
“Azəri Med”, “Zeytun Pharmaceuticals”da nöqsanlar aşkarlandı – SİYAHI
“Kənd toyuğu” adı ilə satışa çıxarılan məhsullarla bağlı - TƏDBİRLƏR GÖRÜLÜB
Sağlamlıq 2 Fev 2023
“Kənd toyuğu” adı ilə satışa çıxarılan məhsullarla bağlı - TƏDBİRLƏR GÖRÜLÜB
İcbari Tibbi Sığorta Fondu ilk dəfə öz büdcə layihələrinin  - İlkin Variantını Hazırlayacaq
Sağlamlıq 2 Fev 2023
İcbari Tibbi Sığorta Fondu ilk dəfə öz büdcə layihələrinin - İlkin Variantını Hazırlayacaq
“Parasetamol”, “Qlükoza” və “Dimedrol”la bağlı vəziyyətin Azərbaycana təsiri - AÇIQLANIB
Sağlamlıq 2 Fev 2023
“Parasetamol”, “Qlükoza” və “Dimedrol”la bağlı vəziyyətin Azərbaycana təsiri - AÇIQLANIB
Azərbaycana gətirilən halvada - GÖBƏLƏK AŞKARLANDI
Sağlamlıq 2 Fev 2023
Azərbaycana gətirilən halvada - GÖBƏLƏK AŞKARLANDI
Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 2 NƏFƏR VƏFAT ETDİ
Sağlamlıq 1 Fev 2023
Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 2 NƏFƏR VƏFAT ETDİ
Dişləri sığorta ilə müalicə etmək alınmayacaq - AÇIQLAMA
Sağlamlıq 1 Fev 2023
Dişləri sığorta ilə müalicə etmək alınmayacaq - AÇIQLAMA
İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə mexanizminin tətbiqi daha - 1 iİL TƏXİRƏ SALINIR
Sağlamlıq 1 Fev 2023
İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə mexanizminin tətbiqi daha - 1 iİL TƏXİRƏ SALINIR
Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 4 NƏFƏR VƏFAT ETDİ
Sağlamlıq 31 Yan 2023
Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 4 NƏFƏR VƏFAT ETDİ
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • “Azərişıq”dan –TENDER ELANI
    10:37 4 Fev 2023
  • ABŞ ilk dəfə olaraq rusiyalılardan müsadirə etdiyi aktivləri - UKRAYNAYA VERİB
    10:37 4 Fev 2023
  • Beynəlxalq aviaşirkətlər Azərbaycana yeni reyslər - TƏŞKİL EDƏCƏK
    10:33 4 Fev 2023
  • Aİ Rusiya neftinin - Tavan Qiymətini Müəyyənləşdirib
    10:30 4 Fev 2023
  • Meşələrin İnkişafı Xidməti - BÖYÜK TENDER ELAN ETDİ
    10:26 4 Fev 2023
  • “AzerGold”da müşavirə keçirilib
    10:26 4 Fev 2023
  • Özü yox, qiyməti göz yaşardır - VİDEO
    10:22 4 Fev 2023
  • Neft 2 dollardan çox ucuzlaşıb - SON QİYMƏT
    10:20 4 Fev 2023
  • "Digah Broyler" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ
    10:17 4 Fev 2023
  • Azərbaycanda partlayıcı maddələrin istehsalı zavodu tikiləcək
    10:12 4 Fev 2023
  • "Euro Holding" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    10:09 4 Fev 2023
  • Şadlıq sarayları qiymətləri artırdı - VİDEO
    10:07 4 Fev 2023
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    10:02 4 Fev 2023
  • "Nort Vest Konstrakşn" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    09:49 4 Fev 2023
  • "Sahil Trading" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ -SƏBƏB
    09:42 4 Fev 2023
  • İcra Hakimiyyəti bayram tədbirlərinin keçirilməsi ilə bağlı – TENDER ELAN EDİR
    09:34 4 Fev 2023
  • "Kristal CF" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    09:25 4 Fev 2023
  • Bu şirkət nizamnamə kapitalını 750 min manat azaltdı
    09:20 4 Fev 2023
  • Yaşıllıqların salınması işləri ilə bağlı –TENDER ELANI
    09:10 4 Fev 2023
  • "Chameleon Group" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:05 4 Fev 2023
  • Daxili Qoşunlar Baş İdarəsi – BÖYÜK TENDER ELAN ETDİ
    08:54 4 Fev 2023
  • Kartlarda olan pullar - VERGİYƏ CƏLB OLUNACAQ?
    18:26 3 Fev 2023
  • Dolların bazar ertəsinə olan məzənnəsi - AÇIQLANDI
    18:19 3 Fev 2023
  • Energetika Nazirliyi "ACWA Power" şirkəti ilə yeni əməkdaşlıq sənədləri - İMZALAYIB
    18:11 3 Fev 2023
  • Azərbaycanda soğan ixracının məhdudlaşdırılmasının səbəbi - AÇIQLANIB
    18:01 3 Fev 2023
  • Bu şəxs “Naxçıvansığorta”nın Müşahidə Şurasının sədri vəzifəsindən də - UZAQLAŞDIRILDI
    17:57 3 Fev 2023
  • "Al Market" - MƏHKƏMƏYƏ VERİLİB
    17:49 3 Fev 2023
  • "Azglobal İnternational" məhkəməyə verildi - SƏBƏB
    17:45 3 Fev 2023
  • “Zaminbank”ın həbsdə olan sabiq rəhbərinin - CƏZASI AZALDILIB
    17:38 3 Fev 2023
  • Gənclər və İdman Nazirliyi – TENDER ELAN ETDİ
    17:33 3 Fev 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 2 NƏFƏR VƏFAT ETDİ
    17:28 3 Fev 2023
  • Bu küçələrin kəsişməsindəki dairəvi hərəkət ləğv edilib - BNA
    17:26 3 Fev 2023
  • AQTA bu market və restoranlarda nöqsanlar aşkarlayıb - SİYAHI
    17:23 3 Fev 2023
  • Dövlət qurumu komperlər, noutbuklar, skanerlər və printerlər alır - TENDER ELANI
    17:16 3 Fev 2023
  • Elektrik mal- materiallarının alınması ilə bağlı - BÖYÜK TENDER ELANI
    17:07 3 Fev 2023
  • Rəşad Əhmədov: "Son on gündə 20 min avtomobil onlayn qaydada sığortalanıb"
    16:58 3 Fev 2023
  • Bu il azad edilmiş hansı ərazilərə sakinlərin geri dönəcəyi - AÇIQLANIB
    16:51 3 Fev 2023
  • Dövlət qurumu mühafizə xidməti ilə bağlı – TENDER KEÇİRİR
    16:48 3 Fev 2023
  • Vüqar Bayramov: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir”
    16:44 3 Fev 2023
  • Təsərrüfat mallarının alınması ilə bağlı –TENDER ELANI
    16:42 3 Fev 2023
  • Yandeks” Türkiyədə - OFİS AÇACAQ
    16:39 3 Fev 2023
  • Satışa yeni mənzillər çıxarıldı - AYLIQ ÖDƏNİŞ 330 MANATDAN - SİYAHI - VİDEO
    16:37 3 Fev 2023
  • Dövlət borcuyla əlaqədar büdcənin - TƏRTİB QAYDASI DƏYİŞİB
    16:32 3 Fev 2023
  • Azərbaycanda kirayə üsulu ilə - Yeni Mənzillər Satışa Çıxarıldı - SİYAHI
    16:20 3 Fev 2023
  •  “Nar”ın dəstəyi ilə "Fibonacci Games" oyunlarının finalı keçirilib
    16:15 3 Fev 2023
  • Kənd Təsərrüfatı Nazirliyi - TENDER ELAN ETDİ
    16:12 3 Fev 2023
  • Azərbaycan soğanın ölkə ərazisindən aparılmasını - MƏHDUDLAŞDIRDI
    16:10 3 Fev 2023
  • "AMB uçot dərəcəsinin azaldılmasına ən tez 2024-cü ilin əvvəlində gedəcək"
    16:03 3 Fev 2023
  • Azərbaycana idxal edilən soğan gömrük rüsumundan - AZAD EDİLİB
    15:58 3 Fev 2023
  • “Agro Biz” alqı-satqı məsələsinə görə - MƏHKƏMƏYƏ VERİLDİ
    15:46 3 Fev 2023
  • "Ziraat Bank Azərbaycan" ilə - EV SAHİBİ OLUN!
    15:44 3 Fev 2023
  • İlham Əliyev İranda şəhid olan Əsgərov Orxanı təltif etdi - SƏRƏNCAM
    15:39 3 Fev 2023
  • Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2 şirkətə 2,7 milyonluq sifariş verdi - TENDER NƏTİCƏSİ
    15:32 3 Fev 2023
  • “Sevgililər Günü”ndə kişilərin ürəyincə olacaq – 5 ƏN YAXŞI HƏDİYYƏ İDEYASI
    15:29 3 Fev 2023
  • “Cash by Code” xidməti  - YELO MOBİL TƏTBİQİNDƏ
    15:26 3 Fev 2023
  • “Nort Vest Konstrakşn” şirkətin "Akkor"dun bu şirkətini - MƏHKƏMƏYƏ VERDİ
    15:25 3 Fev 2023
  • SOCAR-ın Bakı Ali Neft Məktəbində Gənclər Günü - QEYD OLUNUB
    15:17 3 Fev 2023
  • " İmport Group of Azerbaijan " podrat məsələsinə görə 2 şirkətlə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    15:15 3 Fev 2023
  • Əmlak Məsələləri Dövlət Xidməti "İnteks" şirkətini - MƏHKƏMƏYƏ VERDİ
    15:10 3 Fev 2023
  • “Wolt”un kuryerləri narkotik daşıyırmışlar - VİDEO
    15:09 3 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!