"2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycanda 17 tibb müəssisəsində radioloji fəaliyyət məhdudlaşdırılıb".
FHN bir sıra xəstəxanalarda rentgen müayinəsini dayandırıb - VİDEO
FED.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri Mətanət Qəhrəmanova deyib.
O bildirib ki, bu tibb müəssisələrin 94 faizi dövlət , 6 faizi isə özəl müəssisələrdir. (Report)