Azərbaycanda istehsalçı “Aznar” QSC-yə məxsus “Aria” əmtəəli nişanlı suların mikrobioloji göstəricilərində uyğunsuzluq aşkar edilib.
4 şirkətin satdığı içməli suda - PROBLEM AŞKAR EDİLDİ - AQTA SİYAHI AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlama yayıb.
Belə ki, (19.09.2022-ci il istehsal tarixli məhsul partiyası) Suyun mənbəyi İsmayıllı rayonu, “Nar Bulaq” artezian quyusu olduğu halda, üzərində dağ şəkli göstərilərək dağ suyu təəssüratı yaradıb.
Uyğunsuzluq aşkar edilmiş məhsul partiyasının ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Yeni qablaşdırmada dağ şəkli çıxarılıb.