Banner

Sağlamlıq

Azərbaycandan dərmanların və tibbi ləvazimatın çıxarılması - QADAĞAN EDİLDİ

Azərbaycandan dərmanların və tibbi ləvazimatın çıxarılması - QADAĞAN EDİLDİ | FED.az
21:12 14 Fev 2020

Nazirlər Kabineti bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında qərar imzalayıb.

FED.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılsın.

Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

Bu Qərar 2020-ci il mayın 1-dək qüvvədədir.

Digər xəbərlər

Banner