Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
AQTA 9 kərə yağı emalı müəssisəsindən 6-da bir sıra nöqsanlar - AŞKAR EDİB
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən FED.az-a verilən məlumata görə, Rusiyadan idxal olunan “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq filesi məhsulunda aşkarlanan uyğunsuzluqla bağlı qoyulan müvəqqəti qadağa aradan qaldırılıb.
Agentliyin Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) göndərilmiş müvafiq bildirişi əsasında, həmin qurum tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb.
Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri, o cümlədən epizooloji monitorinqlər ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə ətraflı məlumatlar verilib. Rusiya Federasiyası tərəfindən baytarlıq norma və tələblərinə, o cümlədən qarşılıqlı olaraq iki ölkə arasında idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanət verilməsi, həmçinin
“Rosselxoznadzor” ilə sıx əməkdaşlıq əlaqələrini nəzərə alaraq həmin istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti qadağa aradan qaldırılıb.
Agentliyin qərarı ilə əlaqədar “Rosselxoznadzor”a müvafiq bildiriş göndərilib.