Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda restoranın mətbəxində siçovulun gəzməsi ilə bağlı görüntülərin yayıldığı məlumatı nəzarətə götürülüb.
FED.az xəbər verir ki, AQTA-dan bildirilib ki, məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb.
Qeyd olunub ki, araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.
***
Məsələ ilə bağlı adıçəkilən restoranla əlaqə saxlanıb.
“Təmizlik işləri aparılarkən qapı açıq qalıb. Siçovul zibillikdən gəlib. Bizim restoran mərkəzi yerdə yerləşir. Ayda iki dəfə dezinfeksiya işləri aparırırq.Əməkdaşlar görüntüləri ola bilsin daxili qruplarda yönləndirmə edib. Hazırda bütün tədbirlər görülüb. Təmizlik işləri aparılıb”, - restorandan saytımıza verilən cavabda qeyd olunub.
***
Bakının mərkəzi küçələrinin birində yerləşən restoranının mətbəxində siçovul görüntülənib.
Görüntülər restoran əməkdaşları tərəfindən lentə alınıb.
Onlar gülərək siçovulun mətbəxə haradan girməsi ilə bağlı bir-birilərinə suallar veriblər.
Qeyd edək ki, həmin restoranın “Biblioteka” olduğu iddia edilir.
(Report, Qafqazinfo, Oxu.az)