2023-cü ildə Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə ən çox turist yerləşdirilmiş rayonların adları məlum olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Siyahıya Bakıdan kənar rayon və şəhərlər arasında birinci yerdə Quba rayonu başçılıq edir.
Quba rayonunda bu rəqəm 113 min nəfər olub. Onun da 80,5 mini Azərbaycan, 32,5 min nəfəri isə əcnəbi vətəndaşlar olub.
Qəbələ rayonu 79,8 min nəfərlə ikinci, Lənkəran rayonu 74 min nəfərlə üçüncü olub.
Şabran rayonun hotellərinə 67,4 min nəfər, Qusar rayonuna 62 min nəfər yerləşdirilib.
Qeyd edək ki, bu rayonlar içərisində yalnız Qəbələ rayonunda əcnəbi vətəndaşların sayı Azərbaycan vətəndaşların sayı daha çox olub.
S/n |
Rayonlar/şəhərlər |
Cəmi |
Azərbaycan vətəndaşları |
əcnəbilər vətəndaşlığı olmayan şəxslər |
1 |
Quba rayonu |
113 040 |
80 543 |
32 497 |
2 |
Qəbələ rayonu |
79 823 |
37 753 |
42 070 |
3 |
Lənkəran rayonu |
74 015 |
71 597 |
2 418 |
4 |
Şabran rayonu |
67 383 |
64 000 |
3 383 |
5 |
Qusar rayonu |
62 056 |
31 059 |
30 997 |