Bankların depozit portfeli hüquqi və fiziki şəxslərin bankda saxladığı vəsaitlərdən formalaşır.
Depozit portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.03.2024)
Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2024)
Azərbaycanda aktivlərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.03.2024)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2024-cü ilin 1-ci rübünün nəticələri üzrə ən böyük depozit portfeli ölkənin bank sektorunun lideri olan “Azərbaycan Beynəlxalq Bankı -ABB-ə məxsusdur, bankın depozit portfeli 9,5 milyard manata çatır.
Depozit portfeli iri rəqəmlərlə ölçülən ilk üçlükdə yer alan digər iki bank «Paşa Holdinq»in tərkibində fəaliyyət göstərən “Paşa Bank” və “Kapital Bank”dır. “Paşa Bank”ın depozit portfeli 6 milyard 958 milyon manat, “Kapital Bank”ın depozit portfeli isə 6 milyard 673 milyon manat təşkil edir.
Ölkədə ən azı depozit qoyulan bank isə “Naxçıvanbank”dır – 48 milyon manat. «Bank Avrasiya»nın depozit portfeli bundan cəmi 2 milyon artıqdır.
Banklardakı depozit portfelinin həcmi daha ətraflı cədvəldə: