FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan banklarının aktivlərinin dinamikası üzrə renkinqini təqdim edir.
Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2024)
Aktivlərin dinamikası son 3 ayda, yəni 2023-cü ilin sonuna nisbətən 2024-cü ilin 1-ci rübünün sonuna aktivlərin həcminin dəyişməsini əks etdirir.
Xatırladaq ki, sözügedən tarixə aktivlərinin həcminə görə birinci yeri Azərbaycan Beynəlxalq Bankı (ABB) tutur.
Hesabat dövründə aktivlərinin həcmi ən çox artan bank isə «Azər‐Türk Bank»dır. Dövlətə məxsus bankın aktivləri 1 rüb ərzində 463 milyon manat artıb. Nəticədə bankın aktivləri 2023-cü ilin sonuna 995 536 min manat olduğu halda bu ilin birinci rübü ərzində təqribən 47% artaraq 1 milyard 458 milyon manata çatıb.
Aktivlərin artım sürətinə görə sonrakı yerləri «Ziraat Bank» və «TuranBank» tutur. Bu banklar 1-ci rübdə müvafiq olaraq 17% və 7,3% böyüyüb.
İlk 3 ayda «Bank of Baku»nun aktivləri təqribən 6%, digər türk bankı olan «YapıKredi Bank»ın aktivləri isə 5,7% artıb.