FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2024-cü ilin 1-ci rübünün sonuna Azərbaycan banklarındakı depozit portfelinin dinamikası üzrə renkinqi təqdim edir.
Depozit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2024)
2023-cü ilin 4-cü rübü ilə müqayisədə 2024-cü ilin 1-ci rübü ərzində deposit portfelinin həcmi ən çox böyüyən bank «Azər‐Türk Bank» olub.
FED.az xəbər verir ki, bankın depozit portfeli, nə az nə çox, 88% böyüyüb. Belə ki, 2023-cü ilin sonunda bankın depozit portfeli 484,6 milyon manat olduğu halda, 2024-cü ilin 1-ci rübündə bu göstərici artaraq 912 milyona yüksəlib.
Banklardakı depozit portfelinin dinamikası daha ətraflı cədvəldə: