2025-ci il üzrə pərakəndə ticarət dövriyyəsinin həcminin ən aşağı olduğu rayon və şəhərlərin yeni siyahısı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, işğaldan azad edilmiş ərazilər nəzərə alınmadan tərtib olunan bu siyahıda göstəricilər minimum həddə olan yaşayış məntəqələri əksini tapıb.
Təqdim olunan statistikaya əsasən, siyahıda ən aşağı göstərici Xızı rayonuna məxsusdur; burada ticarət dövriyyəsi 30 milyon 373 min manat təşkil edib.
Siyahının davamında Naftalan şəhərində 37 milyon 968 min manat, Yardımlı rayonunda 86 milyon 823 min manat, Daşkəsən rayonunda 89 milyon 43 min manat, Qobustan rayonunda 102 milyon 266 min manat, Füzuli rayonunda 107 milyon 368 min manat, Zərdab rayonunda 108 milyon 301 min manat, Siyəzən rayonunda 114 milyon 925 min manat, Samux rayonunda 122 milyon 129 min manat, Oğuz rayonunda isə 122 milyon 412 min manat ticarət dövriyyəsi qeydə alınıb.
Bununla belə işğaldan azad olunmuş ərazilərə gəldikdə, siyahıda ən aşağı göstərici Ağdərə rayonuna məxsusdur; burada ticarət dövriyyəsi cəmi 1 milyon 604 min manat təşkil edib.
Siyahının sonluqlarında qərarlaşan digər rayonlar üzrə göstəricilər isə aşağıdakı kimidir: Xocavənd rayonunda 5 milyon 766 min manat, Kəlbəcər rayonunda 9 milyon 577 min manat, Xocalı rayonunda 11 milyon 49 min manat, Şuşa rayonunda 15 milyon 184 min manat, Xankəndi şəhərində 15 milyon 185 min manat, Laçın rayonunda 17 milyon 443 min manat, Zəngilan rayonunda 18 milyon 569 min manat, Cəbrayıl rayonunda 29 milyon 774 min manat.











