2020-ci ildə Azərbaycanın 39 şəhər və rayonu xərclərini gəlirləri hesabına ödəyəcək.
FED.az "trend.az"-a istinadən bildirir ki,bu haqda gələn ilin dövlət və icmal büdcələrinin layihələrində bəhs edilir.
Eləcə də bax:Gələn il ÜDM-in nə qədər olacağı – MƏLUM OLUB
Sənədə əsasən, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərindən, Abşeron, Ağcabadi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Ağsu, Cəlilabad, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonları dövlət büdcəsindən dotasiya almayacaq.