Qeyri-Bank

“Viza Kredit”dən böyük zərər - HESABAT

“Viza Kredit”dən böyük zərər - HESABAT | FED.az
09:04 9 Okt 2018

“Viza Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ili 640 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2016-cı ildən 26 min manat xalis mənfəətlə çıxmışdı.

FED.az xəbər verir ki, ötən il “Viza Kredit”in gəlirləri 384 min manat, o cümlədən faiz gəlirləri 356 min manat, xərcləri 701 min manat, o cümlədən faiz xərcləri 217 min manat, xüsusi ehtiyatlara ayırmaları 319 min manat, mənfəət vergisi ödəmələri isə 3 min manat təşkil edib. 
Eləcə də bax: “Embafinans”ın vəziyyəti məlum oldu - HESABAT

Bu il yanvarın 1-nə “Viza Kredit”in aktivləri 2 milyon 86 min manat olub ki, bu da illik müqayisədə 39,9% azdır. Bunun 1 milyon 778 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə BOKT-un kredit portfeli 41% kiçilib.

Hesabat dövründə “Viza Kredit”in öhdəlikləri 23,1% azalaraq 2 miylon 379 mi manata düşüb. Son nəticədə BOKT-un balans kapitalında 293 min manatlıq çatışmazlıq yaranıb.
Bununla belə, hazırda “Viza Kredit”in kapitalla bağlı problemi yoxdur. Çünki, bir qədər əvvəl BOKT-un nizamnamə kapitalı 1 milyon 120 min manat və yaxud 4,2 dəfə artıraraq 350 min manatdan 1 milyon 470 manata çatdırılıb. 

Eləcə də bax: "Bank ötən il 14%-lə verdiyi krediti bu il 20%-lə təklif etdi, götürmədik"

 

Digər xəbərlər

Banner